Kanadanın cənubunda ferma sahibləri məhsul yığımı zamanı köklə birlikdə 84 yaşlı qohumlarının nişan üzüyünü də çıxarıblar.

Publika.az CBC telekanalına istinadən məlumat verir ki, Meri Qrems üzüyü 13 il əvvəl 2004-cü ildə bağda işləyərkən itirib.

Onun sözlərinə görə, ərinə bu barədə heç nə deməyib və üzüyü dəyişdirib.

“Əgər diqqətlə baxsanız üzüyün kök ətrafına necə ideal oturmasını görmək olar. Bu çox maraqlıdır”, - telekanala qadının gəlini, üzüyü tapan xanımın sözlərini sitat gətirir.

Meri Qrems bildirib ki, üzüyü bundan sonra ömrünün sonuna qədər taxmaq niyyətindədir.