20 avqust: Macarıstanda Müqəddəs İştvan günü, Seneqalda müstəqillik günü dür.

1914 — Birinci dünya müharibəsi: Almanlar Brüsseli işğal etdilər.

1925 — Roma metrosunun ilk xətti açıldı.

1940 — Mexikoda Lev Trotskiyə qarşı sui-qəsd törədildi. Növbəti gün o, vəfat etdi.

1968 — Varşava Müqaviləsi Təşkilatının qoşunları Praqa baharını yatırmaq üçün Çexoslovakiyaya yeridildi.

1988 — 8 il davam edən İran-İraq müharibəsi başa çatdı.

2008 — Madridin Barahas hava limanındakı təyyarə qəzası nəticəsində 154 nəfər həlak oldu