Daha dəqiqi, R.Prosineçkinin qızı qidadan zəhərlənib. Bu səbəbdən, son olaraq, avqustun 20-nə nəzərdə tutulan Bakı səfəri növbəti dəfə yubanıb. Baş məşqçinin avqustun 22-də gələcəyi bildirilir.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveçlə, sentyabrın 4-də isə evdə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə oyunlarına çıxacaq. Hələlik bu qarşılaşmalar üçün heyət açıqlanmayıb.