Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərini ala bilər. “Peterburq siyasəti” Fondu Vladimir Putinin mümkün varislərinin reytinqini hazırlayıb. Rusiya hərbi aviasiyası İŞİD terror təşkilatına ağır zərbə vurub. ABŞ-ın “Ən-Nüsra” Cəbhəsi bəhanəsilə İdlibə hücum əməliyyatını planlaşdırması Astana üçlüyü olan Türkiyə, Rusiya və İranı hərəkətə gətirib. Pxenyan cənub qonşusuna qarşı növbəti silahını işə salıb.

Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biridir. Bu haqda “İzvestiya” nəşrinə müsahibəsində hərbi ekspert, “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov deyib.

S-500 “Prometey” S-500 və “Antey-4000” Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir. Ancaq onların real imkanları haqqında rəsmi informasiya praktik olaraq yoxdur. Məlumdur ki, S-500 hava-kosmik hədəflərinin geniş spektrini ələ keçirməyə qadirdir.

Münaqişənin həlli üçün ŞƏRTLƏR, dənizlərə ÇIXIŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan İrəvanı dəhşətə gətirəcək yeni silahlar alır? – Rusiya AÇIQLADI