"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında Nəsimi rayonu, Mir Cəlal Paşayev küçəsində baş verib. 1973-cü il təvəllüdlü Rüstəm Əhmədov 4-cü mikrorayon ərazisində naməlum şəraitdə bıçaq xəsarətləri alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1985-ci il təvəllüdlü T.İsgəndərov tutulub.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.