Ermənistanda vəkillər məhkəmə zalına girişdə üzərlərində aparılan yoxlamalara etiraz məqsədilə aksiya keçirməyə hazırlaşırlar.
Metbuat.az xəbər verir ki, bu barədə vəkil Ayk Alumyan deyib.
Onun sözlərinə görə, bu cür davranış nəinki qeyri-qanuni, həm də təhqiredicidir. Alumyan deyib ki, sonuncu dəfə məhkəmə məmurları ilə bununla bağlı mübahisəsi düşüb və o, müdafiə edəcəyi şəxsin məhkəmə iclasına buraxılmayıb.
Onun sözlərinə görə, 2017-ci ilin əvvəlindən hüquqşünaslara qarşı görülməmiş təzyiqlər başlayıb.