Bu gün Topaz Preyer Liqasında III tura yekun vuralacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. "Zirə" hazırda "Qarabağ" və "Qəbələ" ilə birlikdə turnir cədvəlinə başçılıq edir. İki turda maksimum nəticə qazanan Ayxan Abbasovun komandası top fərqinə görə birinciliyi ələ keçirib. Qəsəbə təmsilçisi liderliyini qorumaq üçün bu gün qələbə qazanmalıdı. "Sumayıt" isə iki turda aktivinə 3 xal yaza bilib.
Günün ikinci matçında isə ötən mövsümün qızıl və gümüş medalçıları, cari mövsümün də əsas favoritləri hesab olunan "Qarabağ"la "Qəbələ" arasında keçiriləcək. "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" meydana qələbə əhval-ruhiyyəsində çıxacaq. "Qəbələ" isə rəqibinin yorğunluğundan istifadə edərək 3 xalı aktivinə yazmalıdı.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "İnter" "Səbail"i 1:0 hesabı ilə yenib, "Neftçi" - "Kəpəz" matçı "sülh"lə bitib.
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, III tur
26 avqust
18.00 Zirə - Sumqayıt
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
20.30 Qarabağ - Qəbələ
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əli Hüseynov.
“Azersun Arena”.
1. Zirə 2 2 0 0 5-1 6
2. Qarabağ 2 2 0 0 4-1 6
3. Qəbələ 2 2 0 0 3-1 6
4. İnter 3 1 0 2 2-3 3
5. Sumqayıt 2 1 0 1 2-2 3
6. Səbail 3 1 0 2 2-3 3
7. Neftçi 3 0 1 2 1-4 1
8. Kəpəz 3 0 1 2 1-5 1
Fanat.Az