Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, hadisə Xudat-Yalama yolunda qeydə alınıb. "VAZ 21 07" markalı avtomaşın velosipedçini vurub. Ağır bədən xəsarətləri alan Xudat şəhər sakini, 1952-ci il təvəllüdlü Cəbrayılov Ağadayı Vəliyulla oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir. (apa)