ATV telekanalının aparıcısı, “Amedia Group”un rəhbəri Azər Zahidin İnstaqram profili Türkiyə vətəndaşları tərəfindən oğurlanıb.

Bu barədə Metbuat.az-a aparıcı özü məlumat verib. O bildirib ki, səhifəsinin geri qaytarılması üçün ondan 1000 türk liəsi istəyiblər:

“Profilimin geri qaytarılması üçün məndən pul istəyirlər. Bu pulu mən onlara verə bilərəm. Amma niyə verməliyəm?!"

Qeyd edək ki, hazırda onun oğurlanmış səhifəsinin adı “Bahadır Elmas” olaraq qalır.

Klipin səhnə arxası görüntüləri - FOTOLAR- Oxumaq üçün tıkla