Xalq artisti Zeynəb Xanlarovanın türkiyəli sürücüsü müğənni haqqında maraqlı faktlar açıqlayıb.
Publika.az xəbər verir ki, tanınmış aparıcı Zaur Baxşəliyev Türkiyədə Zeynəb Xanlarovanın sürücüü ilə qarşılaşıb. Sürücü ilə söhbət zamanı Zaur Baxşəliyevə Zeynəb Xanlarovanın qəlbi təmiz bir insan olduğunu söyləyib. O, bildirib ki, Zeynəb Xanlarova qastrol səfərlərinə gələndə onun sürücü olub. Daha sonra isə sürücü xalq artistinin restoranda yemək yeməkdə ona da özü yediyi bütün yeməklərdən sifariş verdiyini vurğulayıb. Aparıcı Z.Xanlarova ilə bağlı söhbəti videoya çərəkək sosial şəbəkədə paylaşıb. O, hadisə ilə bağlı fikirlərini belə ifadə edib:
“Türkiyədə taksi sürücüsü Zyenəb Xanlarovadan danışır. Qürurlandım!”
Daha sonra isə Z.Baxşəliyev tənqidi rəy yazan izləyicilərə səslənib:
“Bəzi rəyləri oxuduqdan sonra demək istəyirəm ki, sürücünü pul verib danışdırsa idim, elə özümü təriflətdirərdim, daha başqa adamı niyə təriflədim. İkincisi isə onu yazanlar bilməlidir ki, Zeynəb Xanlarova sərhədləri aşıb, dünyanı gəzən elə sizli-mənli qarşokda otururduq”.
Aytən