İranda dəhşətli yol qəzası baş verib.
Metbuat.az xəbər verir ki, ölkənin cənubundakı Fars əyalətində məktəbli qızları aparan avtobus aşıb. Nəticədə 12 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.
Qeyd olunur ki, avtobus məktəbliləri Hörmüzgan əyalətindən gətirirmiş.
Hadisə ilə bağlı araşdırma başlayıb.