Rusiyadan Şimali Koreyaya dəstək

 “Associated Press” (AP) xəbər agentliyi Şimali Koreyanın ballistik raket sınağına hazırlaşdığını bəyan edib. Şimali Koreyanın təhdidlərindən narahat olduqlarını bildirən ABŞ və Cənubi Koreya birlikdə hərbi təlimlərə başlayıblar. Onlar yeni ballistik nüvə sınağını keçirəcəklərini açıqlayıblar. 

Metbuat.az bildirir ki, baş verən hadisələrdən sonra Rusiyanın ABŞ və Cənubi Koreyaya cavabı geçikməyib. Xarici işlər naziri Sergey Lavrov açıqlamasında Şimali Koreyaya dəstək çıxıb. O bildirib ki, Şimali Koreya nüvə təhlükəsi deyil:

“Cənubi Koreyanın ABŞ-la birlikdə həyata keçirdiyi hərbi təlimlərə cavab veriləcək. Daha güclü və ağıllı olanlar özünü idarə etməlidir. Əks təqdirdə, hadisələr böyük partlayışa səbəb ola bilər”.

ABŞ prezidenti Donald Tramp bütün ölkələrə xəbərdarlıq edib. Prezdent açıqlamasında Şimali Koreya ilə iqtisadi münasibəti olan ölkələr ilə əlaqələri kəsəcəyini elan edib.

Qeyd edək ki, Şimali Koreyanın ötən gün sınaqdan keçirdiyi hidrogen bombası dünyanın ən təhlükəli silahıdır. Mütəxəssislər sınaqdan keçirilən hidrogen bombasının Xirosimaya atılan atom bombasından 8 dəfə güclü olduğunu bildirirlər.


Bir neçə saatdan sonra dünyanın taleyi həll oluna bilər - OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR