“İnformasiya texnologiyalarının gənclərin müasir həyatında rolu” adlı layihəyə start verilib

“İnformasiya texnologiyalarının gənclərin müasir həyatında rolu” adlı layihəyə start verilib
09:56 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Gənclər və İdman Nazirliyinin (GİN) maliyyə dəstəyi ilə “İnformasiya texnologiyalarının gənclərin müasir həyatında rolu” adlı layihənin icrasına başlanılıb.

Layihənin əsas məqsədi gənclərə İKT-nin son nailiyyətləri haqda məlumat vermək və gəncləri bu nailiyyətlərdən düzgün istifadə etməyə çağırmaq və bu sahədə onlarda lazımi biliklərin və vərdişlərin yaranmasına kömək etməkdir.
 
“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi tərəfindən reallaşdırılan layihə çərçivəsində ilk görüş Şəki və Qəbələ şəhərlərinin gəncləri ilə baş tutub.  Görüşlərdə İKT-nin son nailiyyətləri haqqında gənclərə məlumat verilib, informasiya texnologiyalarının gənclərin həyatında rolu müzakirə olunub.
 
Rayon (şəhər) gənclər və idman idarələrinin əməkdaşlarının da iştirak etdiyi görüşlərdə qarşılıqlı fikir mübadiləsi və təkliflər irəli sürülüb. Layihə üzrə son görüş cari ilin yanvar ayında Mingəçevir şəhərində keçiriləcək. Burada da region gənclərinə İKT inkişafı haqqında məlumatlar və müxtəlif çap məhsulları təqdim olunacaq.  
 
“İnformasiya texnologiyalarının gənclərin müasir həyatında rolu” layihəsinin  1 fevral 2015-ci il tarixində yekunlaşdırılması planlaşdırılır.
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34658-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR