İslam Əməkdaşlıq Təşkilatı Myanma hakimiyyətini Arakan müsəlmanlarına qarşı təzyiqlərə son qoymağa çağırıb.

Metbuat.az-ın məlumatına görə, qurumun Astanada təşkil olunmuş elm və texnologiyalar üzrə ilk sammitində liderlər Myanma müsəlmanlarına qarşı davamlı təzyiq və təcavüzlərdən narahat olduqlarını bəyan edib və bu ölkəni beynəlxalq öhdəlikləri yerinə yetirməyə səsləyib.

19 maddəlik məruzədə qeyd olunur ki, regionda qarşıdurmaya səbəb müsəlmanların evlərininin, ibadət yerlərinin və digər mülklərinin yandırmasıdır.

Sübhan / METBUAT.az