Avqustun 31-i Bakıdakı şadlıq saraylarının birində baş verən dava ilə əlaqədar müğənni İzzət Bağırovun işi Nizami Rayon Polis İdarəsindən alınıb. Müğənninin Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülən Asif Zeynalovun vəziyyəti isə ağır olaraq qalır.

Baş vermiş hadisə ilə bağlı İzzət Bağırov həbs oluna bilərmi?

Bununla bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Asif Abdullayev bildirir ki, qanunvericiliyə görə, iştirakçının da burada məsuliyyəti istisna olunmur:

“Müğənninin xuliqanlıq hərəkətlərində iştirakı müəyyən olunsa, o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Hadisə ilə bağlı artıq Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə cinayət işi başlanıb. Bu maddəyə əsəsən şəxsi 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Təbii ki, 7 il ən yuxarı həddir. Qeyd edim ki, gələcəkdə İzət Bağırova cinayətin iştirakçısı kimi ittihamı irəli sürülsə, o zaman onun hansı müddətə həbs olunmasına məhkəmə qərar verəcək. Təbii ki, burada onun faktiki iştirakının xarakteri və dərəcəsi rol oynayacaq. Lakin hadisənin törədilməsində onun iştirakının olmadığı müəyyən olunsa, İzzət Bağırovun cinayət məsuliyyətinə cəlb olunmasından söhbət gedə bilməz”.

Qeyd edək ki, hadisəyə səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ.Bağırovu təhqir etmələri olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar əlbəyaxa olublar.

DİQQƏT: Dollarla bağlı çox vacib xəbər - Bizi nə gözləyir? - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ