Bakı. 14 sentyabr. REPORT.AZ/ FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. “Report”un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 13 pillə geriləyib.
Hazırda Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv 388 xalla 92-ci sırada qərarlaşıb. Milli üzvləri hesabat dövründə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin 2 oyununa çıxıblar. Sentyabrın 1-də səfərdə Norveçə 0:2 hesabı ilə uduzan yığma Bakıda San Marinonu darmadağın edib - 5:1.
Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını oktyabrın 16-da açıqlanacaq.