Vergilər Nazirliyinin aparatına yeni rəhbər təyin edilib.
Report xəbər verir ki, bu, Nigar Əyyub qızı Alimovadır.
Baş vergi xidməti müşaviri olan N.Alimova bundan öncə nazirliyin
Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu
Departamentində şöbə müdiri olub. O, yeni vəzifəsində Ağasəməd
Veyis oğlu Əfəndiyevi əvəz edib.
Xatırladaq ki, N.Alimova 2015-ci fevralın 9-da ölkə prezidentinin
sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
təltif edilib.