ABŞ-dan ən sərt açıqlama

ABŞ rəhbərliyi raket sınaqlarını davam etdirən Şimali Koreya ilə bağlı ən sərt açıqlamalarından birini edib.

Metbuat.az-ın məlumatına görə, CNN televiziyasının canlı yayımına bağlanan ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley bildirib ki, rəsmi Pxenyan diplomatik həll ilə bağlı addım atmasa, Şimali Koreya yox olacaq. Haley bildirib ki, Pxenyan ABŞ prezidenti Donald Trampın “Şimali Koreya ABŞ-ın qəzəbi ilə üz-üzə qalacaq” təhdidinə baxmayaraq, Qoam adasını vurmaqla təhdid edib, hidrogen bombasını sınaqdan keçirib və ötən həftə atdığı raket Yaponiya üzərindən keçərək Sakit okeana düşüb:

“Bunlar boş təhdid deyil. Şimali Koreya məsuliyyətsiz davrsansa da, biz məsuliyyətlə davrandıq və bütün diplomatik yolları sınadıq. Təhlükəsizlik Şurasında edə biləcəyimiz hər şeyi sınaqdan çıxarmışıq. Şimali Koreya məsələsini məmnuniyyətlə general Mattisə tapşıra bilərəm, çünki onun bir çox hərbi variantları var. Biz məsuliyyətli hərəkət edərək bütün bütün vasitələrdən istifadə edəcəyik, əgər bunlar da alınmasa, bu işin həllinə general Mattis baxacaq”.

Hərbi variantların masa üzərində olduğunu vurğulayan Haley deyib: “Şimali Koreya nüvə proqramına davam edərsə, ABŞ özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq. Hamımız bunun fərqindəyik, ancaq heç birimiz müharibə istəmirik”.

Məlumata görə, Donald Trampla Cənubi Koreya lideri Mun Jae telefon danışığında Şimali Koreyaya qarşı təzyiqləri artıqmaq qərarına gəliblər. Cənubi Koreya Müdafiə Nazirliyi birgə təlimlərdə Koreya yarımadası üzərindən ABŞ-ın məşhur “B-1B” döyüş təyyarəsi ilə “F-35” qırıcı təyyarələrinin həqiqi bombalar atdığını bildirib.

Sakit okeandakı ABŞ torpağı Quam adasına eniş edən döyüş təyyarələri Yaponiya üzərindən keçərək təlimlərdə iştirak edib. "Reuters" xəbər agentliyinin məlumatına görə, rəsmi Pxenyanın ən yaxın müttəfiqlərindən olan Çin və Rusiya Şimali Koreya yaxınlığında dəniz təlimlərinə başlayıb. Şimali Koreya ilə Rusiya sərhəddindəki “Peter the Great” Körfəzindəki təlimlər bu il dənizdə keçirilən ikinci "əzələ göstərişi” sayılır. İlk təlimlər iyulda Baltik dənizində həyata keçirilib.

Qeyd edək ki, Yaxın Şərqin kiçik ölkəsi olan Küveyt də Şimali Koreya səfirinin ölkəni tərk etməsi üçün vaxt verib. Küveyt Xarici İşlər Nazirliyinin məlumatına görə, səfir gələn həftə Küveyti tərk edəcək.

Günay Elşadqızı \ METBUAT.AZ

Milli Musiqi Günü - Üzeyir Hacıbəyov zirvəsi... - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR