Vitse-prezident oğlunu icra başçısının qızı ilə evləndirir - VİDEO

Vitse-prezident oğlunu icra başçısının qızı ilə evləndirir -   VİDEO
14:27 20 Sentyabr 2017
170 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun ailəsində şad gündür.

 

Fanat.Az bakupost.az-a istinadən xəbər verir ki, icra başçısının qızı gəlin köçür. 


Məlumata görə, onun qızı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundovun oğlu Pərviz Axundovla ailə qurur.

 

Toy mərasimi Bakıdakı məşhur restoranlardan birində baş tutacaq. K. Axundov təsdiqləyib. Bildirib ki, bu evlilik gənclərin öz seçimi olub: "Kimisə məcburən, zorla evləndirmək olmaz ki... Özləri sevib, evlənmək qərarı veriblər. Allah hamının balasını xoşbəxt eləsin, bizimkilər də içərisində”. 


Onu da bildirək ki, Pərviz Axundov tələbədir, hazırda Azərbaycanda ali məktəblərdən birində təhsil alır.


Qeyd edək ki, Süleyman Mikayılov 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidi.


Onu da qeyd edək ki, bir neçə gün əvvəl Süleyman Mikayılovun qızının xına gecəsi keçirilmişdi. Mərasimdə tanınmış şou ulduzları Aygün Kazımova, Tünzalə Ağayeva və Günay İbrahimli də iştirak etmişdi.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vitse-prezident-olunu-icra-bacsnn-qz-il-evlndirir-t60649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR