İrəvanda Qarabağ QALMAQALI: siyasi rəhbərlik əraziləri qaytarır, ordu etiraz edir

İrəvanda Qarabağ QALMAQALI: siyasi rəhbərlik əraziləri qaytarır, ordu etiraz edir
16:18 21 Sentyabr 2017
139 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı ziddiyyət yaranıb.

Publika.az
xəbər verir ki, xarici işlər naziri Edvard Nalbandyan Qarabağ ətrafı rayonların qaytarılması məsələsinin müzakirə edildiyini açıqladı. Erməni nazir detalları açıqlamadan imtina etsə də, danışıqlar masasında mövcud status-kvonun ləğvi ilə nəticələnəcək müzakirələrin getdiyi ehtimalını gücləndirdi.

Lakin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın açıqlaması İrəvanda hərbi-siyasi rəhbərlik arasında qarşıdurmadan xəbər verir.

İşğal olunmuş ərazilərin bir qarışının belə qaytarılmayacağını deyən Akopyan bildirib ki, təhlükəsizliyin təmkin olunması üçün işğal altındakı rayonlar saxlanılmalıdır.

“Dağlıq Qarabağ ətrafında təhlükəsizlik zolağı yaradılıb, bu zolağın pozulması mənfi nəticələrə səbəb ola bilər”, - deyə o vurğulayıb.

İrəvanda nə baş verir?: ziddiyyətli açıqlamalar ortaya bu sualı çıxarır.

Hesab etmək olar ki, Serj Sarkisyan xüsusilə Moskvanın təzyiqləri qarşısında dayana bilmir və danışıqlar masasında irəliləyişə doğru addımların atılmasına razılıq verib. Əslində onun bu razılığı ötən ilin “aprel müharibəsi”ndən sonra verdiyi məlumdur. Hətta Sarkisyanın iştirakı ilə Xankəndində keçirilən məxfi toplantıda hərbiçilərlə siyasilər arasında qarşıdurma yaşanmışdı. Həmin vaxt proses dalana dirəndi, görünür, indi yenidən gündəmə gəlib.

“Aykakan jamanak” qəzeti yazır ki, Sarkisyan sentyabrın əvvəlində Qarabağa səfəri zamanı da ərazilərin qaytarılması məsələsini müzakirə edib.

Ərazilərin qaytarılması məsələsinin Rusiyada gözlənilən prezidentlərin görüşü öncəsi gündəmə gəlməsi ehtimal etməyə imkan verir ki, Moskva həmin görüşdə konkret nəticə əldə etmək üçün israr edəcək. İrəvan da indidən ictimai rəyi bu məsələyə uyğunlaşdırmaq istəyir.

Lakin Akopyanın açıqlaması hərbiçilərin bununla razılaşmadığını göstərir. Burada iki versiyanın olması mümkündür:

1. Ya doğrudan da, hərbi xunta danışıqların irəliləməsi və ərazilərin qaytarılmasına qarşı çıxır.
2. Ya da bu elə Sarkisyanın öz oyunudur. Ermənistan prezident Rusiyada nəzərdə tutulan görüş öncəsi “ordunun narazılığını” yaradaraq, danışıqlar masasında bundan istifadə etməyi planlaşdırır.

Hər iki versiya özlüyündə məntiqli görünür, amma bütün hallarda İrəvan artıq status-kvonun saxlanılmasının mümkünsüz olduğunu dərk edir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR