Nyu-Yorkda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Nyu-Yorkda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
12:27 22 Sentyabr 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 29-cu görüşü keçirilib. 
"Report"un GUAM Mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda bir sıra sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin GUAM-ın digər dövlətlərlə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iclasda iştirak edib.
Qeyd edək ki, Baş Assambleyanın sessiyası çərçivəsində GUAM-Yaponiya və GUAM-ABŞ formatlarında nazirlərin görüşləri də keçirilib.
GUAM ölkələrinə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/nyu-yorkda-guam-olkeleri-xarici-i-sler-nazirleri-surasinin-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR