Növbəti - Amerika, Avstraliya və Türkiyə istehsalı olan “Son umid-Su axtaranlar” filmini, Hollivud ulduzu Rassel Krou, Endryu Naytın və Endryu Anastasiosun ssenarisi əsasında hərbi dram janrında çəkib.
Film, bir avstraliyalının Birinci Dünya Müharibəsi vaxtı şəhid olmuş oğullarının cəsədlərini axtarıb tapmaq üçün Qallipoli yarımadasına getməsindən bəhs edir. Filmdəki hadisələr 1919-cu ildə baş verir. Baş rollarda Rassel Krou, Cay Kortni, Olqa Kurilenko, İzabel Lukas, Deymon Herriman, Jaklin MakKenzi, Rayan Korr, Meqan Qeyl, Cem Yılmaz və Yılmaz Ərdogan çəkiliblər.
Hərbi dram, melodram və döyüş janrında olan “Sevastopol ugrunda döyüş” filmini Yeqor Olesovun ssenarisi əsasında rejissor Sergey Mokrovitskiy ekranlaşdırıb.
Film əfsanəvi snayper-qadın Lyudmila Pavliçenkonun şərəfli həyat yolundan bəhs edir. Rollarda Yuliya Peresild, Yevgeni Tsıqanov, Coan Blekem, Nikita Tarasov, Vilen Babiçev, İlya Prokopiv, Sergey Anaşkin, Aleksandr Polovets, Polina Paxomova və Sergey Bondarenko çəkiliblər.