Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.