Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib

Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib
09:37 25 Sentyabr 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib, nəvaziş və qayğı ilə onunla söhbət etməyə çalışıb.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib.
Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.
"Azərbaycan Respublikasının İraqdakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir", - deyə, XİN-dən bildirilib.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/konsul-zebi-axundov-i-raqda-saxlanilan-azerbaycanli-usaga-bas-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR