"Qarabağ" - "Roma" oyunu portuqaliyalı hakimlərə tapşırıldı

"Qarabağ" - "Roma" oyunu portuqaliyalı hakimlərə tapşırıldı
14:33 25 Sentyabr 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" - "Roma" oyununu portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçın baş hakimi Artur Dias olacaq. Ona yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.

C qrupunun digər oyununda "Atletiko" Madriddə "Çelsi"ni qəbul edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/214580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR