Bakıda minik maşını ilə yük avtomobili toqquşub

Bakıda minik maşını ilə yük avtomobili toqquşub
07:32 26 Sentyabr 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda minik maşını ilə yük avtomobili toqquşub.
"Report" xəbər verir ki, "90-DO-495" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili hərəkətdə olan zaman "DAF" markalı yük avtomobilinin arxa hisəssinə çırpılıb.
Nəticədə minik avtomobili deformasiyaya uğrayıb. Sürücü yüngül bədən xəsarətləri alaraq poliklinikaya yerləşdirilib.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-minik-masini-ile-yuk-avtomobili-toqqusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR