Sabirabadda 6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub

Sabirabadda 6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub
10:47 26 Sentyabr 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda 6 ay əvvəl dünyasını dəyişmiş qadını ərinin qətlə yetirdiyi məlum olub.
Bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib.
Məlum olub ki, bu ilin mart ayında rayonun Kovlar kəndində ölmüş Şahnisə Muradovanı əri Xanbala Cəfərov boğaraq öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-6-ay-evvel-olmus-qadinin-eri-terefinden-qetle-yetirildiyi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR