ATV-də kimlər qara siyahıya salınıb?

ATV-də kimlər qara siyahıya salınıb?
16:28 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bu gün səhər aparıcı Turan İbrahimovun proqramının yayımlanmaması və ardınca gələn xəbərlərlə bərabər ATV kanalı ilə bağlı yayılan söz-söhbətlər səngimək bilmir.

Publika.az xəbər verir ki, son yayılan xəbərdə aparıcılar Zaur Baxşəliyev, Nanə Ağamalıyeva, Günay Firudinqızı, Mətanət Əliverdiyeva və İlhamə Bədəlovanın qara siyahıya düşməsi kimi halların yaşanacağı qeyd olunub. Buna səbəb kimi isə bu aparıcıların eks-direktor Vüqar Qaradağlıya yaxın olması göstərilir.

Saytımızın əldə etdiyi məlumata görə, hazırda telekanalda aparıcılar və digər işçilər xəbərdarlıq və ya hər hansı bir işdən çıxarılma halları ilə qarşılaşmayıblar: “Hələ ki susqunluqdur. Yayılan xəbərlər boş-boş söhbətlərdir”.

Qeyd edək ki, bu gün telekanalın direktoru Vüqar Qaradağlı işindən azad edilərək, yerinə Azər Xəlilov gətirilib.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/214744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR