Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycanda növbəti buraxılış imtahanlarda açıq tipli sualların sayı artırılacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, sualların sayı artırılanda Azərbaycan reallığını, imtahanın təhlükəsizliyinin təmin olunmasını və s. məsələləri nəzərə almaq vacibdir.