Ötən gün axşam saatlarında ölkə ərazisinə yağan intensiv yağıntılar nəticəsində Masallı rayonunun dağ yamaclarında sürüşmə baş verib.
Metbuat.az bildirir ki, baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu km-lərində yolun hərəkət hissəsinə tökülüb. Yolda avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.
Problemlə bağlı açıqlama verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yol torpaq və bitki qatından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
SORĞU: Yağış sizə hansı çətinliklər yaratdı? - VİDEO - BAXMAQ ÜÇÜN TIKLAYIN!