Bu gün hər hansı bir məhsulu kreditlə alan zaman müştəridən yaxınlarının əlaqə nömrələri tələb olunur. Bu da çox vaxt müştəriləri narahat edir. Çünki pul gecikdirilən zaman həmin şəxslərə zəng edilir.

Hüquqşunas Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında bildirib ki, sözgedən üsul şəxsə təsirgöstərmə vasitələri kimi istifadə edilir:

“Əslində, bu, psixoloji məqamdır. Beynəlxalq təcrübədə belə hallar var. Məsələn, xaricdə kredit ödəməyən şəxsin yaşadığı binanın qarşısına elan vurulur və elanda bildirilir ki, xahiş edirik, borcunuzu ödəyəsiniz. Bunlar hamısı həmin şəxsə psixoloji təziqlərdir. Hər bir halda, bütün bunlar şəxsin icazəsi ilə həyata keçirilir. İstəməyən adam qəbu etməyə bilər. Qohum nömrəsinin tələb edilməsində qanun pozuntusu yoxdur. Şəxs istəməsə, verməyə də bilər”.

Polis zabitimiz dünya mediasına manşet oldu – FOTOLAR- OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ