Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası keçirilir.
"Report”un məlumatına görə, toplantıda AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, üzvlərdən xarici işlər naziri Elmar Məmmədyarov, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, təhsil nazirinin müavini Firudin Qurbanov, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Futzal Federasiyasından Mahir Məmmədov, Sahə Futbol Federasiyasından Zaur Axundov, veteran futbolçular Kazbek Tuayev və İskəndər Cavadov iştirak edirlər.
Eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər rəsmi şəxslər də iclasa qatılıblar.
Toplantıda yalnız AFFA-nın vitse-prezidenti Elşad Nəsirov iştirak etmir.
Qeyd edək ki, iclasdan sonra İK üzvləri 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Çexiya oyununu izləyəcəklər.