Azərbaycan futbolunda qeydiyyatdan keçənlərin sayı 120 min nəfərə çatıb
Paylaş
·161 baxış·1 dəq oxu
Bakı. 6 oktyabr. REPORT.AZ/ “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 120000 nəfərə çatıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin şəxs 9 yaşı sentyabrın 25-də tamamlanmış Əntiqə Tariyel qızı Yusifovadır. O, "Grassroots week” layihəsi çərçivəsində Gəncə şəhərində təşkil edilən futbol festivalına qatılıb.