Oktyabrın 8-də DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start verilib.
APA-nın məlumatına görə, Azərbaycan millisinin yer aldığı C qrupunda son görüşlər baş tutub.
Robert Prosineçkinin yetirmələri qrupdakı son matçını səfərdə keçirib. Yığmamız Kayzerslautern şəhərində Almaniya ilə görüşüb. Matç meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
X tur, 8 oktyabr
Almaniya – Azərbaycan - 5:1
Qollar: Qoretzka, 9, 66, Vaqner, 55, Rüdiger, 64, Emre Can, 81 - Ramil Şeydayev, 34