"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 3,331 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 2,524 mlrd. manatla "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 1,844 mlrd. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1,418 mlrd. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 180,5 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 178,9 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC və 53,3 mln. manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
"İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.