Azərbaycan voleybol yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycan voleybol yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
16:32 12 Oktyabr 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktybar. REPORT.AZ/ 2019-cu ildə keçiriləcək kişilər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
“Report” xəbər verir ki, Lüksemburqda baş tutan mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib. G qrupunda yer alan Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Yunanıstan, İsveç və Lüksemburq milliləri ilə qarşılaşacaq.
Azərbaycan yığması qrup qalibi olarsa, tarixində ilk dəfə Avropa çempionatında iştirak hüququna yiyələnəcək. Həmçinin, 2-ci yeri tutmaqla da qitə birinciliyinə vəsiqə qazanmaq mümkündür. Bunun üçün 7 qrupun ikinciləri arasında ən çox xal toplayan 5 komanda sırasına düşmək lazımdır. Növbəti Avropa çempionatında rekord sayda - 24 yığma iştirak edəcək.
A qrupu: Finlandiya, Danimarka, Rumıniya
B qrupu: Estoniya, Latviya, İsrail
C qrupu: Slovakiya, Monteneqro, Moldova, İslandiya
D qrupu: Portuqaliya, Xorvatiya, Avstriya, Albaniya
E qrupu: İspaniya, Belarus, Norveç, Gürcüstan
F qrupu: Ukrayna, Makedoniya, Macarıstan, İsveçrə
G qrupu: Yunanıstan, İsveç, Azərbaycan, Lüksemburq
Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının sentyabrda açıqladığı reytinq siyahısında Yunanıstan və İsveç 19-cu, Azərbaycan 33-cü, Lüksemburq isə 34-cü yerdədir. 2018-ci il avqustun 15-də start götürəcək seçmə mərhələyə 2019-cu ilin yanvarında yekun vurulacaq. Avropa çempionatının final mərhələsi 4 ölkədə - Hollandiya, Belçika, Fransa və Sloveniyada təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-voleybol-yigmasinin-avropa-cempionatinin-secme-merhelesindeki-reqibleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR