Təmir və yenidənqurma işləri ilə əlaqədar paytaxtın Binəqədi şossesi bir müddətdir bağlanıb.
Sürücülər alternativ olaraq Bakı-Sumqayıt yolundan istifadə edir. Bu da pik saatlarda həmin yolda uzun tıxacların yaranmasına səbəb olur.
Metbuat.az-a açıqlama verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yaxın günlərdə işlər yekunlaşacaq:
“Hazırda sözügedən ərazidə aidiyyatı qurumlar tərəfindən yeraltı kommunikasiya xəttinin çəkilişi davam etdirilir. Onlar işləri yekunlaşdıran kimi, həmin yolu qısa müddət ərzində yenidən qurub, istifadəyə verəcəyik”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Yağışlı hava neçə gün davam edəcək? – AÇIQLAMA – OXUMAQ ÜÇÜN TIKLAYIN!