“Hamilə və 8 yaşınadək uşağı olan cinayətkar qadınların cəzası təxirə salına bilər”.
Bu sözləri Metbuat.az-a açıqlaması zamanı hüquqşunas Asif Abdullayev bildirir. Onun sözlərinə görə, bu qayda 8 yaşadək uşağı təkbaşına böyüdən kişilərə də aiddir:
“Cinayət Məcəlləsinə əsasən, məhkəmə hamilə və ya 8 yaşına qədər uşağı olan qadınların, habelə 8 yaşına çatmayan uşağını təkbaşına böyüdən kişilərin cəzasını təxirə sala bilər. Bu güzəşt şəxsiyyət əleyhinə ağır və ya xüsusilə, ağır cinayət törətməyə görə beş ildən çox azadlıqdan məhrum edilmiş şəxslər istisna olmaqla, bütün digər hallara şamil olunur.
Qanun uşağa görə cinayətkar valideynə güzəşt verdiyi kimi, uşaqdan imtina etdiyi halda da, cəzasını çəkmək vəzifəsini də onun üzərinə qoyub. Bu şəxslər uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Uşaq 8 yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir. Yaxud, məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir”.
Gizli mesaj necə göndərilir? - Bu üsulla / FOTO – OXUMAQ ÜÇÜN TIKLAYIN!