Fransa hərbçilərinin təyyarəsi qəzaya uğradı: 4 ölü, 3 yaralı - FOTO

Fransa hərbçilərinin təyyarəsi qəzaya uğradı: 4 ölü, 3 yaralı - FOTO
23:22 14 Oktyabr 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Kot-di-Vuar sahillərində Fransanın hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Ukrayna aviaşirkətinə məxsus olan təyyarə Fransanın Kot-di-Vuardakı hərbi kontingenti üçün yük daşıyırdı.

Burkina-Fasodakı Uaqaduku şəhərindəki hava limanında səmaya qalxan təyyarə Abican sahillərində suya düşüb.

Qəzada təyyarə heyətinin Moldova vətəndaşı olan 4 üzvü həlak olublar, 3 fransalı hərbçi yaralanıb.

Fransanın Kot-di-Vuarda 950 nəfərlik hərbi kontingenti var və Abicandakı hərbi baza Çadın paytaxtı Ncamenada baş qərargahı yerləşən antiterror əməliyyatının maddi-texniki təchizatını təmin edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/590357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR