Nazirlik: Bu il 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib

Nazirlik: Bu il 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib
14:57 16 Oktyabr 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Hazırda növbədə övladlığa körpə götürmək üçün müraciət edən 200 nəfər var".
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib: "2016-cı ildə isə övladlığa 36 körpə verilib. Övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər".
Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/nazirlik-bu-il-19-korpe-azerbaycan-vetendaslarina-ovladliga-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR