Bərdədə qohumlar arasında dava olub: xəsarət alan var

Bərdədə qohumlar arasında dava olub: xəsarət alan var
00:52 17 Oktyabr 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 17 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda qohumlar arasında qanlı hadisə ilə nəticələnən mübahisə olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Kətəlparaq kəndində qeydə alınıb.
Kənd sakini Bayramov Həsən Elşad oğlu yeznəsi ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı H. Bayramov başından agır xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı Bərdə Rayon Polis Bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-qohumlar-arasinda-dava-olub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR