Kofeinsiz qəhvə hazılandı - YAPONİYADA - FOTO

Kofeinsiz qəhvə hazılandı - YAPONİYADA - FOTO
08:28 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Yapon ixtiraçı və peşəkar aşpaz olan Yokitomo Simotai (Yokitomo Shimotai) sarımsaqdan tərkibində kofein olmayan qəhvə hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə mətbuata açıqlama verən 74 yaşlı aşpaz 30 il əvvəl ətin tərkibinə sarımsaq qatıb, daha sonra üzərinə xüsusi ədvaları qızardılmış ət ilə birlikdə qaynar suya qoyub. Bu zaman alınmış qarışığın qoxusu ona acı qəhvəni xatırladıb.

Təqaüdə ayrıldıqdan sonra "sarımsaq" qəhvəsini hazırlamağın üsullarını axtaran S.Yokitomo ən optimal üsulları sınayıb. Uzun sınaqlardan sonra soğanaqların və sarımsaqların qızardıldıqdan sonra şirəsinin quruması və ovulmasına nail olub.

Aşpaz iddia edir ki, qarışımı içdikdən sonra ağızdan heç bir qoxu gəlmir. Əksinə bu, kofeindən uzaq olmaq istəyən insanlara, eləcə də hamilə qadınlara uyğundur. Artıq bazara çıxarılacaq "sarımsaq" qəhvəsinin satışları yekunlaşmaq üzrədir. Satış ilk olaraq Yaponiyada gerçəkləşəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/metbex/217395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR