Oğlan gecəni birlikdə keçirdiyi sevgilisini bıçaqla hissələrə ayırdı - FOTO

Oğlan gecəni birlikdə keçirdiyi sevgilisini bıçaqla hissələrə ayırdı - FOTO
11:47 18 Oktyabr 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada dəhşətli qətl hadisəsi törədilib.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, dünən Meksikanın Xalapa şəhərindəki tərk edilmiş evdən qadının doğranmış bədən hissələri tapılıb.

Həyətdə kəsilmiş qol görən qonşular polisə xəbər veriblər. Polis hadisə yerinə gələndə evdən qadının kəsilmiş başını və digər bədən üzvlərini də tapıb.

Polis ilk şübhəli kimi onun sevgilisini saxlayıb. Cinayətin səbəbi bilinmir. İddialara görə, qadın cinayətdən bir gün əvvəl sevgilisi ilə tərk edilmiş evdə yatıb.

Qətl hadisəsi ilə bağlı araşdırma aparılır.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR