“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsi olan 27 yaşlı funksioner öz ərizəsi ilə postundan gedib.
Qeyd edək ki, Aysultan Nazarbayev bu ilin fevralında KFF-nin FİFA, UEFA və milli federasiyalarla iş üzrə vitse-prezidenti təyin olunmuşdu. O, 2015-ci ildə qurumun prezidenti postuna namizədliyini irəli sürmək istədiyini də açıqlayıb. Gənc funksioner futbolçu karyerası ərzində İngiltərənin “Portsmut”, eləcə də vətənində “Astana” və “Sunkar” klublarının əvəzedici komandalarında çıxış edib.