İnstagram-dan pul qazananlar sirri açdılar - FOTO

İnstagram-dan pul qazananlar sirri açdılar - FOTO
12:12 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

İnstagram-da populyar olandan sonra təqribən 4 milyon dollar gəlir əldə etmişik. Profilimiz populyardır və daimi təqibçilərimizin sayı da artır. Lakin uğurlarımızla kifayətlənmək niyyətində deyilik.

Avstraliyalı bloqer, 24 yaşlı Loren Bullen və onun britaniyalı sevgilisi, 26 yaşlı Cek Morris İnstagram-da sürətlə populyarlaşırlar. Onların "doyoutravelpresets" adlı profillərinin daimi təqibçilərinin sayı sürətlə artır.

"Gypsea Lust" kimi tanınan Loren Bullenin dediyinə görə, profildə indiyədək cəmi 27 foto paylaşsalar da, artıq məşhur olublar.

"Əsas sirr fotoların keyfiyyətidir. Hər fotonu paylaşmazdan əvvəl Adobe Lightroom proqramı vasitəsilə emal edirəm. Fotolar çox yüksək keyfiyyətli olmalıdır. Paylaşmadan sonra məhz belə fotolar maraqla qarşılanır", - L.Bullen deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR