Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib
13:12 20 Oktyabr 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib.
“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunub.
Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycanda-mulki-aviasiya-sahesinde-xidmetlere-gore-medali-tesis-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR