Türkiyə ordusu ABŞ-ın əsas qalasına hücuma hazırlaşır - FOTOLAR

Türkiyə ordusu ABŞ-ın əsas qalasına hücuma hazırlaşır - FOTOLAR
14:33 20 Oktyabr 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

İdlib əməliyyatına başlayan Türkiyə Afrin və Münbiçə müdaxiləyə hazırlaşır.

Publika.az
xəbər verir ki, Türkiyə Afrin və Münbiçi təmizləyəcəyi təqdirdə, Suriya ilə 911 kilometrlik sərhəd xəttinin 511 kilometrliyinə nəzarəti ələ alacaq.

“Fərat qalxanı” əməliyyatının davamı olan bu prosesdə məqsəd sərhədi terrorçulardan təmizləmək, həmçinin, yaradılacaq “təhlükəsizlik bölgələrinə” suriyalıları köçürməkdir.

Ümumilikdə “Türkiyə qalxanı” adlandırılan əməliyyatda hər keçən gün irəliləyiş əldə olunur. Məlumata görə, Türkiyə ordusu Afrin və Münbiçə müdaxilə üçün ciddi hazırlıq görür.

Qeyd edək ki, Afrin PKK/PYD-nin, dolayısı ilə onlara dəstək verən ABŞ-ın bölgədəki əsas qalası hesab olunur. Bu kanton bölgə terrorçulardan təmizlənəcəyi təqdirdə, Amerikanın “terror dəhlizi” planına ciddi zərbə vurulacaq.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR