Çinin "Geely" şirkəti "Saxo Bank"ın nəzarət paketini almaq istəyir

Çinin "Geely" şirkəti "Saxo Bank"ın nəzarət paketini almaq istəyir
20:22 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Çinin "Geely Holding Group" şirkəti Danimarkanın "Saxo Bank" internet bankındakı payını 51,5%-ə çatdırmaq istəyir. 
"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı "Saxo Bank" yayıb.
Bankın rəsmi xəbərində qeyd olunub ki, Çinin avtomobil istehsalçısı olan "Geely" şirkəti 2017-ci ilin may ayında "Saxo Bank"ın səhmlərinin 30%-ni alacağını açıqlayıb. Daha sonra Çin şirkəti Bankın səhmlərinin daha 21,5%-ni almaq istədiyini bildirib. Hazırda hər iki tərəf anlaşmanın tamamlanması üçün tənzimləyicilərin təsdiqini gözləyir.
"Saxo Bank"ın 51,5% səhm paketinin qiymətinin 800 mln. ABŞ dollarından çox olduğu bildirilir. 
Xatırladaq ki, "Geely" şirkəti 2017-ci ildə Malayziyanın "Proton" avtomobil istehsalçısının 49,9% səhmini, Britaniyanın "Lotus" şirkətinin isə 51% səhmini alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cinin-geely-sirketi-saxo-bank-in-nezaret-paketini-almaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR