13 yaşlı yeniyetmə məktəbə silahla gəldi və... - 2 uşaq öldü, 7-si yaralandı

13 yaşlı yeniyetmə məktəbə silahla gəldi və... - 2 uşaq öldü, 7-si yaralandı
21:28 20 Oktyabr 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın Qoyaniya şəhərində yeniyetmə məktəbdə atəş açıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 uşaq ölüb, 7-si yaralanıb.

Yerli KİV-lərin məlumatına görə, valideynləri hərbi polis olan 13 yaşlı məktəbli cinayət zamanı onlara məxsus silahdan istifadə edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məktəbli saxlanılıb.

Hərbi polis polkovniki Anesio Barbosanın bildirdiyinə görə, yeniyetmə həmyaşıdları tərəfindən lağa qoyulduğu üçün bu addımı atıb. Ancaq dəqiq səbəb açıqlanmır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR