[ 09 Yanvar 2015 13:12 ]
Bakı – APA. Paris ətrafında naməlum şəxslər bir neçə nəfəri girov götürüblər.
APA-nın RTL radiostansiyasına istinadən verdiyi məlumata görə, hadisə Sena və Marna departamentində baş verib.
Hadisənin təfərrüatları açıqlanmır.
Daha bir hadisə Parisdən 40 km aralıda yerləşən Dammartin-en-Qoel şəhərində baş verib. Polislər “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən şəxslərin olduğu maşını təqib edərkən atışma olub.